IDEA İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsinə start verib - FOTO

IDEA İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq  bioparçalanan  paketlərin istifadəsinə start verib - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 16:33 (UTC +04:00)

Birlikdən APA-ya verilən məlumata görə, adi polietilen paketlərdən fərqli olaraq bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qaldığı halda, bioloji parçalanan paketlər qısa müddət ərzində torpağa qarışır və ətraf mühitə, demək olar ki, heç bir ziyan vermir.

Qeyd olunub ki, ekoloji təmiz paketlər Bakı şəhərinin iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanılıb. Alıcılar bu paketləri adı çəkilən alış-veriş mərkəzlərinin kassalardan soruşa bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR