Ukraynada yenidən aksiyalar başlayıb, polislə toqquşmalarda xəsarət alanlar var - II REPORTAJ - FOTOSESSİYA

Ukraynada yenidən aksiyalar başlayıb, polislə toqquşmalarda xəsarət alanlar var -<span style="color: red;"> II REPORTAJ  - <span style="color: red;">FOTOSESSİYA
# 01 dekabr 2013 16:58 (UTC +04:00)

Kiyev.Fərid Əkbərov – APA. Ukrayna müxalifətinin paytaxtın mərkəzi küçələrində mitinqi davam edir. APA-nın Kiyevə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, hazırda avrointeqrasiya tərəfdarları paytaxtın əsas prospekti olan “Kreşatik”i və Müstəqillik Meydanını tutublar.

Səhər saatlarından Taras Şevçenko adına parkdan yürüşə başlayan avrointeqrasiya tərəfdarları “Maydan”a yürüş ediblər. Onlar polis barrikadasını yararaq “Maydan”a daxil olublar.

Az sonra Maydanda müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk, Oleq Tyaqnibok və Yuri Lutsenko aksiyada nitq söyləyiblər. “Svaboda” partiyasının lideri Oleq Tyaqnibok çıxışı zamanı tətillərə başladıqlarını bildirib: “Bu dəqiqədən başlayaraq biz burda, Müstəqillik Meydanında qalacağıq”. O, aksiya iştirakçılarını Maydanda çadırlar qurmağa da səsləyib.

Keçmiş daxili işlər naziri, “Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri Yuri Lutsenko isə çıxışında kütləvi aksiyaların yenə inqilaba doğru getdiyini bildirib.

Keçmiş daxili işlər naziri mitinq iştirakçılarını sabah axşam Maydanda, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının qarşısında toplaşmağa çağırıb: “Ayın 30-da baş verənlərə görə, daxili işlər naziri məhkəməyə verilməlidir”.

Avrointeqrasiya tərəfdarlarının yürüşünə Avropa Parlamentinin vitse-prezidenti Yasek Protasoviç, Avropa Parlamentinin keçmiş prezidenti Yeji Buzek, Polşanın “Qanun və Ədalət” Partiyasının lideri, sabiq baş nazir Yaroslav Kaçinski də qatılıblar.

Hazırda Ukrayna Prezident Administrasiyasının önündə avrointeqrasiya tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Bir qrup üzü maskalı gənclər fayerlər yandıraraq polisə dəmir pullar və daş atırlar. Polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Məlumata görə, toqquşmalarda aksiyalaçılardan bə polis qüvvələrindən xeyli sayda yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR