Qarabağ qaziləri icra başçıları ilə görüşlərə başlayıblar

 Qarabağ qaziləri icra başçıları ilə görüşlərə başlayıblar
# 03 aprel 2014 10:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin sədrləri Etimad Əsədov, Firudin Məmmədov və Qazilər birliyinin rəhbərliyində təmsil olunan Yaşar Həziyev, Rizvan Vəliyev, Rey Kərimoğlu Bakının üç rayonunun icra hakimiyyəti başçıları ilə görüşüblər.

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar görüşlərdə Qarabağ əlillərinin real vəziyyəti, onların mövcud problemlərinin konkret həlli və dövlət tərəfindən bu sahədə görülən işləri geniş müzakirə ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A. Vəliyevlə görüşdə bir neçə Qarabağ qazisinin problemi yerindəcə öz həllini tapıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X. İsgəndərov isə Binəqədi rayonunda da müharibə insanlarına daima təmənnasız diqqət göstərildiyini, bu işin bundan sonra da davam edəcəyini söyləyib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı N. Məhəməliyev rayon ərazisində daimi və müvəqqəti yaşayan hər bir müharibə insanına diqqətlə yanaşıldığını, onların problemlərinin həlli üçün əllərindən gələnləri etdiklərini qeyd edib.

Hər üç görüşdə icra hakimiyyəti başçılarından xahiş olunub ki, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq orqanlara öz təkliflərini versinlər.

Qeyd olunub ki, Bakı rayonlarının icra hakimiyyəti başçıları ilə görüşlər davam edəcək. Görüşlərin sonunda əldə olunan nəticə barədə hesabat hazırlanaraq prezident İlham Əliyevə və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR