Liviyada iğtişaşlara görə fövqəladə vəziyyət elan olunub

Liviyada iğtişaşlara görə fövqəladə vəziyyət elan olunub
# 19 yanvar 2014 03:56 (UTC +04:00)

Bakı-APA. Liviyanın Sebha şəhərində tayfalararası toqquşmalar və ölkənin cənubunda baş vermiş digər iğtişaşlara görə Baş Milli Konqres fövqəladə vəziyyət elan etmək qərarına gəlib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, iğtişaşlar silahlıların Sebha şəhəri yaxınlığındakı hərbi bazanı ələ keçirdikdən sonra başlayıb.

Lakin bir müddət sonra hökumət qüvvələri baza üzərində nəzarəti bərpa edib. Silahlılar geri çəkilib.

Bəzi məlumatlara görə, silahlıların ölkənin öldürülmüş keçmiş lideri Müəmmər Qəddafinin tərəfdarları olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR