Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib - FOTOSESSİYA

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 dekabr 2013 11:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin aparat işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şöhrət” ordeni, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” medalı, “Əməkdar mədəniyyət işçisi”, “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülən mədəniyyət xadimlərini təltif edib.

Nazir qeyd edib ki, mədəniyyət sahəsində uzun illər nümunəvi çalışan insanların zəhmətinin həm nazirlik, həm də ölkə rəhbərliyi tərəfindən qiymətləndirilməsi ənənə halını alıb.

İclasın gündəliyi təsdiq ediləndən sonra Ə.Qarayev 2013-cü ildə mədəniyyət sahəsində keçirilən tədbirlər, görülən işlər barədə məruzə ilə çıxış edib. Nazir müvafiq sahədə olan problemlərdən də söz açıb: “Biz teatr kollektivlərinin işini, aktyorların fəaliyyətini maksimum səmərəli qurmalıyıq. Tamaşaların sayı artırılmalı, teatrlar bir-birinə dayaq olmalı, müxtəlif layihələr həyata keçirməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR