Şirvanda fərdi yaşayış evi yanıb - FOTO - VİDEO

Şirvanda fərdi yaşayış evi yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 yanvar 2014 10:02 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda fərdi yaşayış evin yanması nəticəsində bir ailənin 5 üzvü evsiz qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Yanğından Mühafizə Xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhərinin Niyazi küçəsi-99 ünvanında yerləşən, 1979-cu il təvəllüdlü Yusifov Seymur Soltan oğluna məxsus 55 kvadratmetrlik fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi bu gün saat 11.00 radələrində elektrik enerjisində baş verən qısaqapanmadan yaranıb. Hadisə yerinə Şirvan Şəhər Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürən avtomobili cəlb edilib. Yanğın söndürülüb. Küləkli hava şəraiti də yanğının güclənməsinə şərait yaradıb. Yanğın zamanı ev əşyaları tamamilə yanaraq sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR