Bakıda daha bir yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
# 28 aprel 2014 10:24 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, Azadlıq prospektində, Ziya Bünyadov prospektində yerləşən tuneldən “Baksol yolu” deyilən ərazi ilə Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissədə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC rəsmisinin sözlərinə görə, yuxarıda qeyd olunan işlər səhər saatlarına qədər başa çatacaq ki, bundan sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR