Nazir Əli Abbasov: «Azərbaycanda mobil rabitə tarifləri aşağı salına bilər»

Nazir Əli Abbasov: «Azərbaycanda mobil rabitə tarifləri aşağı salına bilər»
# 03 dekabr 2013 08:50 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, mobil rabitə tarifləri bazar münasibətləri əsasında tənzimlənir və burada müəyyən məhdudiyyətlər var: «Operatorlar arasında olan trafikin qiymətini tənzimləyici orqan kimi Nazirlik təyin edir. Bu gün həmin hədd 5 qəpikdir və nə qədər də çalışsaq da, o həddən aşağı düşə bilmərik. Lakin hazırda belə bir məsələ var ki, mobil danışıqları imkan daxilində 2-5 qəpik arasında tənzimləyək».

«Ehtimal edirik ki, yaxın zamanlarda buna nail olacağıq. Bundan sonra isə mobil operatorlar üçün qiymətlərin aşağı salınması mümkün olacaq», - deyə Ə.Abbasov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR