Hacıqabul-Bəhrəmtəpə avtomobil yolu gələn istismara veriləcək

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolu gələn istismara veriləcək
# 07 noyabr 2013 13:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 72,5 km-lik hissəsində aparılan əsaslı təmir işləri davam etdirilir. Bu günə qədər yolun 52,5 km-lik hissəsinə ikiqat asfalt-beton örtük döşənib. Yolboyu torpaq işləri və boruların tikintisi başa çatdırılıb, 8 körpüdən 6-da isə işlər tamamlanmaq üzrədir. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O, bildirib ki, yolun tikinti işləri 2014-cü ildə yekunlaşacaq.

Qeyd edək ki, hazırda iki körpünün tikintisi ilə yanaşı, yolun digər sahələrində əsasən alt layı, hamarlayıcı qatın və asfalt-beton örtüyünün salınması işləri gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR