Bakı – APA. Pakistanın sabiq prezidenti Asif Əli Zərdari bu gün ilk dəfə korrupsiya işləri üzrə məhkəmə qarşısına çıxıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, bu haqda “Dawn” nəşri xəbər yayıb.
İslamabad şəhərinin korrupsiya işləri üzrə məhkəmədə Zərdariyə qarşı 5 işdən ikisi üzrə ittiham irəli sürüləcəyi gözlənilsə də, yalnız qısamüddətli dinləmə olub.
Sabiq prezident məhkəmə binasına gücləndrilmiş mühafizə ilə gəlib.
Məhkəmənin növbəti iclası yanvarın 18-də keçiriləcək. Həmin iclasda Zərdariyə qarşı ittihamların irəli sürüləcəyi gözlənilir.
Xatırladaq ki, 2007-ci ildə qətlə yetirilən sabiq baş nazir Benazir Bhuttonun həyat yoldaşı olan Zərdari Pakistan Xalq Partiyası 2013-cü ilin may ayında parlament seçkilərində məğlub olduqdan 4 sonra prezident postunu tərk edib.