Azərbaycan biznesmenləri Fransada keçiriləcək şərab və turizm sərgisinə dəvət olunub

Azərbaycan biznesmenləri Fransada keçiriləcək şərab və turizm sərgisinə dəvət olunub
# 22 yanvar 2014 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Fransada «FestiVitas» beynəlxalq şərab və turizm sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgi fevralın 7-9-da Fransanın Muluz (Mulhouse) şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur. Sərgi ilə maraqlananlar Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR