Çexiyanın Praqa Karls Universitetinin rektoru professor Bakı Ali Neft Məktəbində olub - FOTO

Çexiyanın Praqa Karls Universitetinin rektoru professor Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 10 yanvar 2014 08:55 (UTC +04:00)

Bakı - APA. Çexiyanın Praqa Karls Universitetinin rektoru, professor Vatslav Hampl və universitetin elm və yaradıcılıq fəaliyyəti üzrə prorektoru, professor Petr Volf Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Məktəbin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov BANM-in Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının yerinə yetirilməsi üçün yeni yaradılmış ali təhsil müəssisəsi olduğunu bildirib, fəaliyyətinin 2 ili ərzində məktəbin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində lider olduğunu, mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirildiyini, məzunlara 2 diplom veriləcəyini və təhsil müəssisəsi üçün yeni kampus tikildiyini vurğulayıb.

Rektor BANM-in Karls Universiteti və Çexiyanın digər universitetləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu bildirib.

BANM-ə dəvət olunduğuna görə minnətdarlığını bildirən professor Vatslav Hampl müasir tipli ali məktəbin yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıb, rəhbərlik etdiyi universitetlə kimya, geologiya, geofizika sahələrində təhsillə bağlı əməkdaşlığın mümkün olduğunu və BANM-in Çexiyanın digər mühəndis hazırlayan universitetləri ilə əlaqələrinin qurulmasında yardım göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda qonağa BANM-in “Fəxri qonaq diplomu” təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR