Azərbaycan prezidenti müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2013 15:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 1-də Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı və xanımı pansionatda yaradılmış şəraitlə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılıb.

Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilib.

Bildirilib ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatıb.

Daha sonra prezident və xanımı pansionatın sakinləri ilə görüşüb, söhbət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR