Azərbaycanda yeni telekanalın açılması ilə bağlı elan olunmuş müsabiqə başa çatıb

Azərbaycanda yeni telekanalın açılması ilə bağlı elan olunmuş müsabiqə başa çatıb
# 21 fevral 2014 15:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqə başa çatıb.

MTRŞ-dan APA-ya verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı - “Brand in Baku” MMC, “Fatiyev Company” MMC və “Region TV” MMC müsabiqəyə sənədlər təqdim edib.

“Televiziya və radio yayımı haqqında” qanunun tələbinə uyğun olaraq MTRŞ tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR