Ucarda ata və oğulun xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ucarda ata və oğulun xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 08 may 2014 09:48 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı, HO 024 506 dövlət nömrə nişanlı yük maşını ilə “VAZ- 21011” markalı, 61 BB 845 dövlət nömrə nişanlı minik maşını toqquşub. Nəticəsində minik maşınının sürücüsü, Ucar rayonunun Müsüslü kənd sakini, 50 yaşlı Bünyadov Sevdiyar Məhəmməd oğlu və onun oğlu - 19 yaşlı Azər Sevdiyar oğlu Bünyadov ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, A. Bünyadovun vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digər yaralı isə palataya köçürülüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR