Hüquq müdafiəçiləri MTN-in istintaq təcridxanasında monitorinq keçiriblər

Hüquq müdafiəçiləri MTN-in istintaq təcridxanasında monitorinq keçiriblər
# 17 yanvar 2014 15:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər. Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, istintaq təcridxanasında saxlanılan şəxslər gündə 3 dəfə yeməklə və digər zəruri tələbatlarla təmin olunurlar: “Orada saxlanılan Quba rayon sakini Vəfanur və Vəfadar Məmmədov qardaşları, həmçinin Nizami Nəcəfovla görüşdük. Üçü də Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və s.) maddəsi ilə təqsirləndirilirlər. Vəkillə təmin olunublar. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Cinayət işi ilə bağlı istintaq davam etdirilir”.

E. Behbudov orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib: “Bəzi mətbuat orqanları onun namaz qılması barədə məlumat dərc etmişdilər. Onunla bağlı mənə bildirdilər ki, həmin məlumatlar yalandır. Hacı Məmmədov ibadət etmir. İnanclı adam deyil ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR