Bakıda iki qardaş döyülüb

Bakıda iki qardaş döyülüb
# 10 fevral 2014 08:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki qardaş naməlum şəxslər tərəfindən döyülüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bağırov küçəsi - 21 ünvanında qeydə alınıb.

1985-ci il təvəllüdlü Tural Teymur oğlu Kətanov və qardaşı -1980-ci il təvəllüdlü İlkin naməlum şəxslər tərəfindən aralarında yaranan mübahisə zəminində döyülüblər.

Hər iki qardaş xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR