Ötən il Azərbaycanda 9 km-dən çox yeni qaz kəmərləri çəkilib

Ötən il Azərbaycanda 9 km-dən çox yeni qaz kəmərləri çəkilib
# 21 yanvar 2014 11:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycanın qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 1774,7 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.

Ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmə də quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR