Azərbaycana gətirilən avtomobillərin sayı artıb

Azərbaycana gətirilən avtomobillərin sayı artıb
# 22 noyabr 2013 09:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 84 791 avtomobil idxal edilib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 114 ədəd maşın və ya 0,1% çoxdur.

Bu ilin 10 ayında ölkəyə gətirilən maşınların 690 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 76 956 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 6 408 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 737 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR