Bakı sakininin xeyli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb

Bakı sakininin xeyli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb
# 21 may 2014 07:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakininə qarşı xeyli miqdarda dələduzluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 11-də Bakı şəhər sakini Elxan Qəniyev ərizə ilə 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 2012-ci ilin fevral ayında Tərlan Həsənov onun etibarından sui-istifadə edərək 10 min manat alaraq qaytarmayıb. Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Tərlan Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR