Bu il Bakıda soyğunçuluq və quldurluğa görə 28, əmlak oğurluğuna görə 84 qrup ifşa edilib

Bu il Bakıda soyğunçuluq və quldurluğa görə 28, əmlak oğurluğuna görə 84 qrup ifşa edilib
# 24 oktyabr 2013 13:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş İdarənin rəis müavini, polis general mayoru Elxan Həsənov 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirib. O, qeyd edib ki, 2013-cü ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müəyyən müsbət nəticələr əldə edilib.

Hesabat dövründə Bakı şəhərində DİN və Prokurorluq üzrə ümumən 7.467 cinayət qeydə alınıb, onların 6.181-i və ya 82,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3%-i isə ağır və xüsusilə ağır cinayətlər olub.

Ümumi cinayətlərin 74,4%-nin, ağır növ cinayətlərin 77,7%-nin, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 60,2%-nin açılması təmin olunub.

Qeyd olunub ki, 30 soyğunçuluq və quldurluq cinayəti törətmiş 79 nəfərdən ibarət 28 qrup, eləcə də 163 şəxsi əmlak oğurluğu cinayəti törədən 218 nəfərdən ibarət 84 qrup ifşa edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş cinayətlər 5,3%, artıb, qanunsuz dövriyyədən 185 kq 850 qram (ötən il 152 kq 433 qram) narkotik vasitə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR