APA-nın cənub bürosunun məlumatına görə, F. Sadıqov çoxlu qan itirdiyindən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.
***
saat 17:00
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda güclü partlayış baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.
Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.
Güclü partlayış nəticəsində qaynaqçı ölüb.
Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü Siman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.