Masallıda güclü partlayış olub, 50 yaşlı kişi və bir məktəbli ölüb, daha bir məktəbli xəsarət alıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Masallıda güclü partlayış olub, 50 yaşlı kişi və bir məktəbli ölüb, daha bir məktəbli xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 mart 2014 16:07 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, F. Sadıqov çoxlu qan itirdiyindən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

***

saat 17:00

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda güclü partlayış baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.

Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.

Güclü partlayış nəticəsində qaynaqçı ölüb.

Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü Siman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR