Masallıda maşın 7 yaşlı uşağı vuraraq öldürüb

Masallıda maşın 7 yaşlı uşağı vuraraq öldürüb
# 31 mart 2014 10:28 (UTC +04:00)

Masallı Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Qəriblər kəndi ərazisində qeydə alınıb. Rayonun Qəriblər kənd sakini, 1987-ci il təvəllüdlü Nazim Zeynalov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi, 2007-ci il təvəllüdlü Nuray Məmmədzadəni vurub. Çoxsaylı bədən xəsarətləri alan N.Məmmədzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Masallı RPŞ-də araşdırmalara başlanıb. Hadisənin dəqiq başvermə səbəbləri aparılan ekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR