"Binә" ticarәt mәrkәzindә yanğın söndürülüb - YENİLƏNİB 3 - FOTOSESSİYA - VİDEO

"Binә" ticarәt mәrkәzindә yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB 3  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 dekabr 2013 20:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi də “Binə” ticarət mərkəzində yanğın hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Hal hazırda yanğın məhdudlaşdırılıb, yanğının söndürülməsi üzrə işlər davam etdirilir . FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları tərəfindən ərazidə yəhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

****

21.58

Bakı. Mahir Məmmədli-APA. Yanğın baş verәn Binә ticarәt mәrkәzindә yaranmış vәziyyәtdәn oğurluq üçün istifadә cәhdlәri baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, mağaza sahiblәri malları xilas etmək məqsədilə yanğının davam etdiyi sıraya daxil olmağa çalışırlar. Lakin tәhlükәsizlik baxımından onların içәri girmәsinә imkan verilmir. Tez-tez vәtәndaşlarla polis әmәkdaşları arasında mübahisәlәr yaranır.

Yanğın baş verәn "Binә" ticarәt mәrkәzindә yaranmış vәziyyәtdәn oğurluq üçün istifadә cәhdlәri də baş verir. Qaradağ Rayon Polis İdarәsinin rәisi İntiqam Mirsalayevin APA-ya verdiyi mәlumata görә, artıq bir nәfәr saxlanılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son məlumata görə, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerinə gəlib.

****

21.30

Bakı. Mahir Məmmədli-APA. “Binə” Ticərət Mərkəzində başlanan güclü yanğın hazırda davam edir. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, güclü yanğın ticarət mərkəzinin 5-ci sırasındakı ikimərtəbəli ticarət cərgəsini əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda canlı qüvvə və texnikası cəlb olunub. Məlumata görə, Mülki Müdafiә Qoşunlarının әsgәrlәri vә polis әmәkdaşları canlı sәdd yaradaraq, insanların tәhlükәli əraziyə yaxınlaşmasına imkan vermir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

****

20.50

Bakı. Hafiz Heydərov-APA. “Binə” Ticərət Mərkəzində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerinə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR