Təhsil Nazirliyi bu ilin sonunadək təhsil sahəsində istifadəyə verəcək yeni elektron xidmətlərini açıqlayıb

Təhsil Nazirliyi bu ilin sonunadək təhsil sahəsində istifadəyə verəcək yeni elektron xidmətlərini açıqlayıb
# 23 oktyabr 2013 14:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi 2013-cü ilin sonunadək təhsil sahəsində istifadəyə verəcək yeni elektron xidmətlərini açıqlayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin rəsmi internet saytında (www.edu.gov.az) elektron xidmətlər bölməsi yaradılıb, saytda interaktiv və informativ xidmətlərin siyahısı göstərilib. Hazırda Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu”, “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” və “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu” üzrə vətəndaşlara elektron xidmətlər göstərilir. Eyni zamanda “Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətlərin, o cümlədən sənədlərin qəbulu”, “Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” üzrə elektron xidmətlər hazırdır və cari ilin sonunadək istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR