Azərbaycanda metrodan istifadə edənlərin sayı artır

Azərbaycanda metrodan istifadə edənlərin sayı artır
# 07 yanvar 2014 12:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə 114,6 mln. ton yük, 1 386,6 mln. sərnişin daşınıb.


«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6% və 8,1% çoxdur.


Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 6,1%, sərnişin dövriyyəsi isə 9,0% artıb.


Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 187,3 mln. nəfər olmaqla 5,8% artıb.


Hesabat dövründə hava nəqliyyatı ilə 1 550,1 min və ya 4,2% çox sərnişin daşınıb, daşınmanın 99,5%-i dövlət, 0,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 1,6 dəfə artaraq 111,6 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR