Azərbaycanlı tarixçi Polşanın dövlət mükafatına layiq görülüb - FOTO

Azərbaycanlı tarixçi Polşanın dövlət mükafatına layiq görülüb - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 07:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanlı tarixçi-etnoqraf Cahangir Soltanov Polşanın dövlət mükafatı olan “Bene Merito” ilə təltif edilib. APA-nın məlumatına görə, mükafat hər il 11 noyabr tarixində qeyd edilən, Polşanın müstəqillik gününə həsr edilmiş təntənəli mərasimdə, Polşanın Azərbaycandakı səfiri Mixal Labenda tərəfindən C. Soltanova təqdim edilib.

Qeyd edək ki, C. Soltanov Azərbaycanda bu mükafata layiq görülən yeganə şəxsdir. O, Zaqatalada XIX əsrin əvvəllərində yaranmış polyak icmasının tarixi, bu icmanın məşhur şəxsiyyətlərindən olan tanınmış təbiətşünas alimlərdən Lyudviq, Leonid, Boris Mlokoseviçlərin fəaliyyətlərini araşdırmaqla məşğul olub.

C. Soltanov Zaqatala polyaklarının polkovnik Dombrovskinin iştirakı ilə imam Hacı Murtuzun başçılıq etdiyi 1863-cü il üsyanında iştirak etmələri barədə maraqlı faktlar da aşkarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR