Taner Yıldız: “TANAP boru kəməri ilə Türkmənistan qazı da nəql oluna bilər”

Taner Yıldız: “TANAP boru kəməri ilə Türkmənistan qazı da nəql oluna bilər”
# 02 iyun 2014 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkmənistanda hasil edilən qaz “TranAnadolu” qaz boru kəməri ilə Avropaya nəql oluna bilər.

APA-Economics”in Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, bunu qurumun rəhbəri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, Xəzər dənizindəki enerji ehtiyatları çox böyük bir gücdür: “TANAP boru kəmərinə Türkmənistan qazı da vurula bilər. Artıq bununla bağlı müzakirələr aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR