TQDK Azərbaycanda Prezident təqaüdünə layiq görülən tələbələrin statistikasını açıqlayıb

TQDK Azərbaycanda Prezident təqaüdünə layiq görülən tələbələrin statistikasını açıqlayıb
# 13 sentyabr 2013 15:01 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, prezidentin sərəncamına əsasən, 2013/2014-cü tədris ilində tələbə qəbulu imtahanlarında hər ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmiş ilk 25 nəfərə, eləcə də Naxçıvan Muxtar Respublikasından imtahanlarda yüksək nəticə göstərmiş əlavə 2 nəfərə - ümumilikdə 102 tələbəyə Prezident təqaüdü veriləcək.


I ixtisas qrupunda 679 və daha yüksək nəticə göstərmiş tələbələr Prezident təqaüdünə layiq görülüblər. Onlardan 6 nəfəri qız, 19 nəfəri isə oğlanlardır. II ixtisas qrupunda 665 və daha yüksək nəticə göstərmiş tələbələr Prezident təqaüdünə layiq görülüblər. Onlardan 9 nəfəri qız, 15 nəfəri isə oğlanlardır. III ixtisas qrupunda 686 və daha yüksək nəticə göstərmiş tələbələr Prezident təqaüdünə layiq görülüblər. Onlardan 20 nəfəri qız, 5 nəfəri isə oğlanlardır. IV ixtisas qrupunda 680 və daha yüksək nəticə göstərmiş tələbələr Prezident təqaüdünə layiq görülüblər. Onlardan 19 nəfəri qız, 7 nəfəri isə oğlanlardır. Naxçıvan Muxtar Respublikasından isə I ixtisas qrupu üzrə qəbul imtahanında 677 bal toplamış 1 nəfər oğlan və III ixtisas qrupunda 686 bal toplamış 1 nəfər qız Prezident təqaüdünə layiq görülüblər. Ümumilikdə Prezident təqaüdü alacaq tələbələrdən 55 nəfəri qızlar, 47 nəfəri isə oğlanlardır.

Prezident təqaüdçülərindən 27 nəfər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 26 nəfər Azərbaycan Tibb Universitetinə, 19 nəfər “Qafqaz” Universitetinə, 15 nəfər Bakı Ali Neft Məktəbinə, 6 nəfər Azərbaycan Diplomatik Akademiyasına, 4 nəfər Bakı Dövlət Universitetinə, 2 nəfər İnformasiya Texnologiyaları Universitetinə, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 1 nəfər Naxçıvan Dövlət Universitetinə daxil olublar.

TQDK Prezident Təqaüdçülərinin bitirdikləri məktəblər üzrə saylarını da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR