Məcburi köçkünlərin Bərdədə yeni yaşayış kompleksinə köçürülməsinə başlanılıb  - FOTO

Məcburi köçkünlərin Bərdədə yeni yaşayış kompleksinə köçürülməsinə başlanılıb  - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 12:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bərdə rayonu ərazisində 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəlləyə artıq bu gündən məcburi köçkünlərin köçürülməsinə başlanılıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, obyektivliyi və şəffaflığı təmin etmək üçün mənzillər köçkünlərin müvəqqəti məskunlaşdığı rayonun İcra Hakimiyyətinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin, məcburi köçkün icmalarının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət Komissiya tərəfindən ailə tərkibinə görə püşkatma yolu ilə verilir.

Buraya 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcək. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Məhəllə su, elektrik, qaz və müasir istilik sistemi ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb.

Xatırladaq ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub və sentyabrın 10-da prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Məhəllədə 280 yerlik uşaq bağçası, 540 yerlik məktəb binası, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR