Milli Məclis sədrinin birinci müavini: “Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi mümkündür”

Milli Məclis sədrinin birinci müavini: “Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi mümkündür”
# 07 may 2014 09:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsi bələdiyyələrin sayı ilə bağlı bir qanunvericilik aktını plenar iclasa tövsiyə etdilər. 21 rayon üzrə 204 bələdiyyə birləşdirilərək yerində 94 bələdiyyə yaradılacaq. Həyat inkişaf edir, bələdiyyə seçkiləri yaxınlaşdıqca lazım olsa, bələdiyyə ilə bağlı qanunvericilikdə digər dəyişikliklərin edilməsi mümkündür”.

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.

Z.Əsgərov bələdiyyə sədrlərinin seçki yolu ilə birbaşa seçilməsi ilə bağlı məsələyə də toxunub: “Bu barədə indidən konkret fikir deyə bilmərəm. Bələdiyyə seçkiləri yaxınlaşdıqca gündəmdə duracaq məsələlərlə bağlı dəyişikliklər edib, qərar qəbul etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR