Rusiyalı nazir: “Bakı ilə Həştərxan arasında bərə xəttinin açılması vacibdir”

Rusiyalı nazir: “Bakı ilə Həştərxan arasında bərə xəttinin açılması vacibdir”
# 02 iyun 2014 13:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ildən Bakı ilə Həştərxan beynəlxalq dəniz limanları arasında avtomobillərin daşınması üçün “ro-ro” tipli gəmilərin hərəkət etməsinə dair məsələ sadəcə müzakirə layihəsi olub. Hələlik bununla bağlı konkret plan mövcud deyil.

APA-Economics”in xəbərinə görə, bu haqda danışan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev jurnalistlərə bunun olduqca vacib məsələ olduğunu deyib.

“Azərbaycanın Qazaxıstan və Türkmənistan ilə bərə əlaqəsi var. Amma Rusiya ilə bu cür nəqliyyat infrastrukturunun olmaması qəribədir. Hesab edirəm ki, bu bərə xəttinin açılması iki ölkə arasında yük daşınmaları zamanı nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR