Mahmud Əhmədinejad: “İranda keçiriləcək prezident seçkiləri dünya üçün son dərəcə önəmlidir” 

Mahmud Əhmədinejad: “İranda keçiriləcək prezident seçkiləri dünya üçün son dərəcə önəmlidir” 
# 13 may 2013 13:13 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib.

O bildirib ki, bütün dünyanın gözü İranda keçiriləcək seçkilərə yönəlib: “Ölkəmizdə keçiriləcək prezident seçkiləri dünya üçün son dərəcə önəmlidir. Ümid edirəm ki, xalqımız bu seçkilərə də ciddi qatılacaq”.

Qeyd edək ki, İranda bu il iyunun 14-də 11-ci dəfə prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR