Qazaxıstan gələn ildən Azərbaycan vasitəsilə ilə 4 mln. ton neft ixrac edəcək

Qazaxıstan gələn ildən Azərbaycan vasitəsilə ilə 4 mln. ton neft ixrac edəcək
# 08 noyabr 2013 09:41 (UTC +04:00)

Limanın direktoru Berik Uandıkov «APA-Economics»ə açıqlamasında bildirib ki, artıq gələn ildən Aktau limanından 4 mln. ton neft Azərbaycana göndəriləcək.

B.Uandıkovun sözlərinə görə, bunun 3 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunacaq, qalan 1 mln. ton isə Azərbaycan ərazisi ilə Gürcüstanın Kulevi terminalına (Gürcüstan, Qara dəniz) daşınacaq.

Qeyd edilir ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR