Türkiyədə millət vəkili Mustafa Balbay azadlığa buraxılıb - VİDEO

Türkiyədə millət vəkili Mustafa Balbay azadlığa buraxılıb - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 21:29 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Balbayın azadlığa buraxılması qərarı Sincan həbsxanasında icra edilib.

Həbsxana önündə yığışan CHP tərəfdarları sevinclərini gizlətməyib. Onlar “Bu başlanğıcdır, mübarizə davam edəcək” sloqanı səsləndiriblər.

Qeyd edək ki, M.Balbay “Ergenekon” adlı qeyri-leqal təşkilata qarşı aparılan istintaq çərçivəsində 2009-cu ilin martın 6-da saxlanılıb. O, 2013-cü ilin avqustun 5-də məhkəmənin qərarı ilə 34 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR