Azərbaycan “Böyük Dəbilqə” turnirində 4-cü yeri tutub

 Azərbaycan “Böyük Dəbilqə” turnirində 4-cü yeri tutub
# 12 may 2014 10:27 (UTC +04:00)

Bakı – APA. Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə 39 idmançı ilə qatılan Azərbaycan millisinin qazancı 6 medal olub.

Həmyerlilərimizdən Orxan Səfərov (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vüqar Şirinli (60 kq) və Elxan Məmmədov (100 kq) finalda uduzduqları halda, Kifayət Qasımova (57 kq), Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) bürünc medalla kifayətləniblər.

Beləliklə, “Böyük Dəbilqə”ni 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vuran millimiz komanda hesabında 41 ölkə arasında 4-cü yeri tutub. İlk 3 pillədə isə müvafiq olaraq, Fransa (3-2-2), Hollandiya (2-1-2) və Rusiya (1-2-5) yığmaları qərarlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR