Avropa Birliyi və ABŞ Ukraynaya maliyyə yardımı nəzərdə tutan xüsusi plan hazırlayır

Avropa Birliyi və ABŞ Ukraynaya maliyyə yardımı nəzərdə tutan xüsusi plan hazırlayır
# 03 fevral 2014 08:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Wall Street Journal” nəşrinə Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

Onun sözlərinə görə, bu yardım keçid dövrü üçün nəzərdə tutulub. K. Eşton bildirib ki, plana əsasən, həmin vəsaitlə müvəqqəti hökumət 2015-ci il prezident seçkiləri öncəsi siyasi və iqtisadi islahatlar keçirə biləcək.

Maliyyə yardımın ayrılması üçün Ukraynadan Beynəlxalq Valyuta Fondu ilə uzunmüddətli saziş imzalamaq tələb olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR