Azərbaycanda havanın hərarəti yüksəlir - YENİLƏNİB

Azərbaycanda havanın hərarəti yüksəlir - <span style="color: red;">YENİLƏNİB
# 01 aprel 2014 09:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Aprelin 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bilidirib ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın teperaturu gecə 3-7, gündüz 14-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntı olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacaq.

Aprelin 3-də isə şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində respublika ərazisində temperatur 5-7 dərəcə enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR