Səudiyyə Ərəbistanı parlamentinin üzvləri AMEA Şərqşünaslıq İnstitutunda olublar - FOTO

Səudiyyə Ərəbistanı parlamentinin üzvləri AMEA Şərqşünaslıq İnstitutunda olublar - <span style="color: red;">FOTO
# 09 iyun 2014 16:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Səudiyyə Ərəbistanının Şura Məclisinin üzvləri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym müşayiət edib.

Qonaqlar Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva ilə görüşüblər. G. Baxşəliyeva İnstitutda ərəbşünaslıq və islamşünaslıq sahələrində aparılan tədqiqatlardan danışıb, qonaqları son zamanlar bu sahədə nəşr olunmuş ən mühüm əsərlərlə tanış edib. G. Baxşəliyeva institutun bir sıra ərəb ölkələrinin elmi mərkəzləri ilə əlaqələrindən danışıb, bəzi universitetlərlə əməkdaşlıq haqqında memorandumların imzalandığını qeyd edib.

Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla əlaqələr üzrə işçi qrupunun rəhbəri Abdulla ən-Nasir isə ölkələrimiz arasında mehriban dostluq münasibətləri fonunda elmi əlaqələrin də genişlənəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR