ABŞ fond indeksləri neqativ dinamika nümayiş etdirib

ABŞ fond indeksləri neqativ dinamika nümayiş etdirib
# 16 may 2014 08:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. ABŞ fond bazarında Dow Jones indeksi 1,01% - 16 446,81 bəndədək, S&P 500 0,94% - 1 870,85 bəndədək, NASDAQ 0,76% - 4 069,29 bəndədək azalıb.

İndekslərin neqativ dinamika nümayiş etdirməsinə səbəb ABŞ Əmək Nazirliyinin açıqladığı inflyasiya və sənaye istehsalı ilə bağlı hesabat və Avropadan bazarlarından gələn xəbərlər olub. Belə ki, Avrozonaya daxil olan 18 ölkənin iqtisadiyyatı I rübdə 0,9%, illik müqayisədə isə 0,2% artıb ki, analitiklərin proqnozlarına görə bu rəqəmlər 1,1% və 0,4% təşkil etməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR