Türkiyədə keçmiş nazir Binəli Yıldırımın axtarışda olan bacanağı polisə təslim olub - VİDEO

Türkiyədə keçmiş nazir Binəli Yıldırımın axtarışda olan bacanağı polisə təslim olub - <span style="color: red;">VİDEO
# 10 yanvar 2014 11:09 (UTC +04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, C. Haberdar bu gün yerli vaxtla saat 11.15-də vəkili ilə birlikdə İzmir Əmniyyət Müdirliyinin (polis idarəsi) Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinə gedib. İfadəsi alındıqdan sonra onun prokurorluğa göndəriləcəyi bildirilir.

Xatırladaq ki, yanvarın 7-də Türkiyənin İzmir Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında korrupsiya, tenderlərdə qanunsuzluq ittihamı ilə yeni həbslər həyata keçirilib. İzmir, İstanbul, Ankara, Van və Hatayda 25 nəfər saxlanılıb. Onların arasında Dənizçilik, Nəqliyyat və Kommunikasiya Nazirliyinin tabeliyində olan İzmir və İskəndərun limanlarının rəhbər şəxsləri, eyni nazirliyin Dövlət Dəmir Yolları İdarəsinin sabiq və indiki məmurları, iş adamları da var. Polis Dövlət Dəmir Yollarının Ankaradakı Baş İdarəsinin binasında axtarış aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR