İslam Səfərlinin 90 illiyinə həsr edilən tədbir keçirilib

 İslam Səfərlinin 90 illiyinə həsr edilən tədbir keçirilib
# 01 noyabr 2013 11:38 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair və dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, İ. Səfərlinin yubileyi prezident İlham Əliyevin sərəncamına əsasən keçirilir.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli İslam Səfərlinin yaradıcılığı haqqındakı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Yubiley gecəsində İ. Səfərlinin sözlərinə yazılan mahnılar səsləndirilib.

İslam Səfərli 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Dramaturq kimi də tanınan şair “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər” və başqa dram əsərlərinin müəllifidir. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.

İ. Səfərli 1974-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR