Hesablama Palatasının Kollegiya iclası keçirilib

Hesablama Palatasının Kollegiya iclası keçirilib
# 12 aprel 2014 07:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirib.

Hesablama Palatasından APA-ya verilən məlumata görə, Kollegiya iclasında dövlət büdcəsindən Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatının saxlanılmasına, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə və Meşələrin İnkişafı Departamentinə ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair audit proqramları müzakirə edilərək təsdiq olunub.


Kollegiya dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı, eyni zamanda Göyçay rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri”, “Mənzil və kommunal təsərrüfatı” bölmələrindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramlarını da təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR