“Azərsun Holding” yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

“Azərsun Holding” yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
# 02 may 2014 14:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azərsun Holdinq” və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusunda keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, jurnalistlər tərəfindən təqdim edilmiş 58 yazı arasından 1 yazı birinci yerə, 2 yazı ikinci yerə, 3 yazı isə üçüncü yerə layiq görülüb. Bununla yanaşı, 10 jurnalist isə həvəsləndirici mükafatlarla təltif edilib.

Təşkilatçılar bu cür müsabiqələrin jurnalistlərin daha da peşəkarlaşmasında, ixtisaslaşmasında və zeytunçuluğun insanlar arasında daha da populyarlaşdırılmasında böyük rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, gələcəkdə zeytunçuluğun inkişafı Azərbaycan iqtisadiyyatına çox böyük xeyir gətirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR