Lənkəranda dövlət idarəsinə bomba qoyulması barədə yalan məlumat verən şəxs polisə təslim olub - VİDEO

Lənkəranda dövlət idarəsinə bomba qoyulması barədə yalan məlumat verən şəxs polisə təslim olub - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 12:26 (UTC +04:00)

Lənkəran Şəhər (Rayon) Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, bu gün saat 13-14 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər inzibati binasına bomba qoyulması barədə məlumat daxil olub. Təcili olaraq əraziyə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları cəlb olunub. İdarənin əməkdaşları binadan təxliyə olunub və axtarışlara başlanılıb. İdarəyə bomba qoyulması barədə fakt öz təsdiqini tapmayıb.

İdarəyə bomba qoyulması barədə yalan məlumat verən şəxs rayonun Boladi kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, 1973-cü il təvəllüdlü Habil Mirzə oğlu Sadıqov könüllü olaraq Lənkəran Rayon Polis Şöbəsinə gəlib.

H. Sadıqov hazırda Polis Şöbəsində dindirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR