Azərbaycan prezidenti adından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Yüksək Səviyyəli Hazırlıq Görüşünün iştirakçılarının şərəfinə nahar verilib

Azərbaycan prezidenti adından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Yüksək Səviyyəli Hazırlıq Görüşünün iştirakçılarının şərəfinə nahar verilib
# 06 sentyabr 2013 13:06 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevin adından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Yüksək Səviyyəli Hazırlıq Görüşünün iştirakçılarının şərəfinə nahar verilib.

APA-nın məlumatına görə, nahara Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa, Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov, Boliviyanın keçmiş prezidenti Corc Quiroqan, Mavrikiyanın sabiq prezidenti Cassam Uteem, Şri-Lankanın keçmiş prezidenti Çandrika Kumaratunqan, Madrid Klubunun prezidenti, Niderlandın keçmiş baş naziri Vim Kok, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin və digərləri qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR