ABŞ 11 ölkəni İrana qarşı neft sanksiyalarından azad edib

ABŞ 11 ölkəni İrana qarşı neft sanksiyalarından azad edib
# 09 sentyabr 2013 08:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Avropanın 10 ölkəsini və Yaponiyanı İrana qarşı neft sanksiyalarından 6 ay müddətinə azad edib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, buna səbəb Belçika, Çexiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya və Böyük Britaniyanın 2012-ci ilin iyul ayından bəri İrandan neft idxal etməməsi, Yaponiyanın isə son 6 ayda İrandan neft idxalını nəzərəçarpacaq dərəcədə azaltmasıdır.

ABŞ hökumətinin rəsmi statistik məlumatları bu ilin iyun ayında Yaponiyanın İrandan neft idxalının ötən ilin iyun ayı ilə müqayisədə 38,1% azaldığını göstərir. Ümumiyyətlə, ABŞ hökuməti 20 ölkənin İranda neft idxalında azalmanın müşahidə olunduğunu açıqlayıb. Xəbərdə həmçinin rəsmi Vaşinqtonun bu ilin dekabrında İran neftinin əsas istehlakçılarından olan Çin, Hindistan, Cənubi Koreya və daha 6 ölkə haqqında qərar verəcək.

Qeyd edək ki, ABŞ artıq dördüncü dəfədir bu ölkələri İran neftinə qarşı tətbiq etdiyi birtərəfli sanksiyalardan azad edir. Çin, Yaponiya, Hindistan və Cənubi Koreya hələ də İran neftinin ən böyük alıcıları olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR