Azərbaycanın xarici işlər naziri Budapeştə yola düşüb

Azərbaycanın xarici işlər naziri Budapeştə yola düşüb
# 28 aprel 2014 10:04 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Macarıstanın paytaxtı Budapeştə yola düşüb.

Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

İki günlük səfər çərçivəsində nazir E. Məmmədyarov Vışeqrad Qrupu və Avropa Birliyi (AB) “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Görüşdə Vışeqrad ölkələri və AB “Şərq Tərəfdaşlığı” ölkələri arasında münasibətlər, AB ilə Assosiasiya Sazişi çərçivəsində aparılan müzakirələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində təşkil ediləcək GUAM ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edəcək E. Məmmədyarovun Macarıstanın xarici işlər naziri Yanoş Martoni və AB-nin genişlənmə və Avropa Qonşuluq siyasəti komissarı Ştefan Fülle ilə görüşləri də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR