Ukraynada separatçılar Donetsk prokurorluğunu ələ keçiriblər, 26 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Ukraynada separatçılar Donetsk prokurorluğunu ələ keçiriblər, 26 nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 02 may 2014 00:58 (UTC +04:00)

Bakı-APA. Donetsk şəhərinin rəsmi qurumlarının məlumatına görə, şəhər prokurorluğunun binasının qarşısında separatçılar və asayiş keşikçiləri arasında baş vermiş toqquşma nəticəsində yaralananların sayı 26-ya çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Donetsk Şəhər Səhiyyə Departamentinin məlumatına əsasən, hücum nəticəsində 26 nəfər yaralanıb.

“Yaralananlardan 4-ü güllə yarası alıb”, deyə məlumatda bildirilir.

**** 20.58

Bakı-APA. Ukraynanın Donetsk şəhərində yüzlərlə Rusiya yönümlü separatçılar Donetsk prokurorluğuna hücum edərək binanı ələ keçiriblər.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, hücum edən şəxslər binanı mühafizə edən milis əməkdaşlarını daş-qalaq ediblər, asayiş keşikçiləri isə buna cavab olaraq gözyaşardıcı və səs qumbaralarından istifadə edib.

İnzibati binanı ələ keçirən separatçılar milis əməkdaşlarını tərksilah edib, onlardan bir neçəsi müxtəlif xəsarətlərlə xəstəxanalara göndərilib.

UNİAN-ın Ukrayna DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prokurorluq binasının mühafizəsi silahsız milis əməkdaşları tərəfindən həyata keçirilib.

Agentliyin məlumatına görə, separatçılar hücum zamanı Milli Qvardiyanın əsgərlərinə qarşı odlu silahdan istifadə ediblər. Asayiş keşikçiləri arasında bir yaralının olduğu bildirilir. Yaralı xəstəxanaya yerləşdirilib.

Donetsk Şəhər Səhiyyə Departamentinin məlumatına görə, hücum zamanı 15 nəfər xəsarət alıb. “Xəsarət alanlar şəhərin müxtəlif tibb məntəqələrinin neyrocərrahiyyə və travmatoloji bölmələrinə yerləşdirilib. Güllə yaraları daxil olmaqla, xəsarətlər müxtəlif xarakterlidir”, deyə qurumdan bildirilib.

Qeyd edək ki, prokurorluq binası 1 May bayramı münasibətilə Donetskdə təşkil olunmuş izdihamlı mitinqdən sonra ələ keçirilib. Məlumata görə, mitinq iştirakçıları Rusiya yönümlü və Ukrayna əleyhinə şüarlar səsləndirib.

Binanı ələ keçirən separatçılar Ukrayna bayrağını və ölkə rəhbərlərinin portretlərini yandırıb.

Ukrayna mətbuatının məlumatına görə, hücumda mindən çox insan iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR